Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elza Seyidcahana görə iş adamını həbs etdilər

Elza Seyidcahana görə iş adamını həbs etdilər

Tarix: 30 Sentyabr 2021 13:55

Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov paylaşım edib.

O bildirib ki, R.Kərimzadə barəsində sentyabrın 29-da Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsinə əsasən 1 aylıq həbs qərarı çıxarılıb.

E. Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyası keçirir.

Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R. Kərimzadənin ona zor tətbiq etdiyini bildirmişdi.

Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu "ELİT SRC GROUP" MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.


Etiketlər:  Elza Seyidcahana görə adamını həbs etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ