Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 23:08
Futbol üzrə İrlandiya millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə oyun üçün heyətini açıqlayıb.
Baş məşqçi Stiven Keni Bakıya aşağıda adları qeyd olunan 26 futbolçunu gətirəcək:
Qapıçılar: Qevin Bazunu ("Portsmut", İngiltərə), Mark Travers ("Bornmut", İngiltərə), Kivin Keleher ("Liverpul", İngiltərə);
Müdafiəçilər: Mett Doherti ("Totenhem", İngiltərə), Şeyn Dafi ("Brayton", İngiltərə), Sayrus Kristi ("Fulhem", İngiltərə), Con İqan, Enda Stivens (hər ikisi "Şefild Yunayted", İngiltərə), Rayan Meninq ("Suonsi", Uels), Ceyms MakKlin ("Viqan", İngiltərə), Endryu Omobamidele ("Norviç", İngiltərə), Natan Kolins ("Börnli", İngiltərə);
Yarımmüdafiəçilər: Konor Hurihan ("Aston Vila", İngiltərə), Coş Kalen ("Anderlext", Belçika), Ceff Hendrik ("Nyukasl", İngiltərə), Ceymi MakQret ("Seynt Miren", Şotlandiya), Hari Arter ("Notinqem Forest", İngiltərə), Ceyson Nayt ("Derbi Kaunti", İngiltərə);
Hücumçular: Aaron Konoli ("Brayton", İngiltərə), Kalum Robinson ("Vest Bromviç", İngiltərə), Ceyms Kolins ("Kardiff", Uels), Deril Horqan ("Vikomb Vonderers", İngiltərə), Adam Ayda ("Norviç", İngiltərə), Troy Perott ("MK Dons", İngiltərə), Vill Kin ("Viqan", İngiltərə), Çidozi Oqbene ("Roterhem Yunayted", İngiltərə).
Xatırladaq ki, İrlandiya yığması oktyabrın 9-da Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq. Ondan üç gün sonra isə irlandlar Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.