Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 11:32
Ağsu rayonunun Ərəbuşağı və Ağalarbəyli kəndlərini birləşdirən yol sakinləri təngə gətirib. Sözügedən yolun istismar üçün yararsız vəziyyətdə olması avtomobillərin hərəkətinə çətinlik yaradır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, yağış yağandan sonra vəziyyət daha da pisləşir. Çünki yolda olan çoxlu sayda çala-çuxura su dolur və gölməçələr yaranır. Bu isə avtomobillərin detallarının tez-tez sıradan çıxmasına səbəb olur.
Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki, davam edir.
Problemə münasibət bildirən Ərəbuşağı kənd bələdiyəsinin sədri Oktay Abbasov deyib ki, sakinlərin müraciətləri aidiyyəti üzrə çatdırılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: