Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 13:02
Regionun 3 istiqamət üzrə perspektivlərinin qiymətləndirilməsi aparılıb
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı ilə bağlı qiymətləndirmə aparıb. Qiymətləndirmə aparılarkən həmin rayonalrın işğaldan öncəki iqtisadi statistikası əsas götürülüb və 3 istiqamət - dağ-mədən, turizm, kənd təsərrüfatını əhatə edir. Mərkəzin eksperti Coşqun Cəfərovun sözlərinə görə, həmin rayonların reinteqrasiyası və proqnoz olunan inkişaf səviyyəsinə çatması üçün ilk növbədə nəqliyyat infrastrukturunun qurulması vacibdir.
Regionun kənd təsərrüfatı üzrə də böyük perspektivi var. Hesablamalara əsasən Qarabağ və Şərqi Zəngəzur istisadi rayonları azərbaycan iqtisadiyyatının 10 fazini təşkil etmək potensilalındadır.
Kənd təsərrüfatı potensialından istifadə də buraya çəkiləcək avtomobil və dəmir yolunun xüsusi rolu olacaq.
Qarabağ qeyri-filiz yəni tikinti materalları, Şərqi Zəngəzur isə həm qeyri-filiz, həm də filiz, yəni qızıl, mis civə ehtiyatları kimi ehtiyatlara malikdir. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Prezident İlham Əliyevin 7 iyul fərmanı ilə yaradılıb. Qarabağ iqtisadi rayonuna (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları), Şərqi Zəngəzur isə (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); daxildir.