Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Büləntin verilişi yayımdan qaldırıldı

Büləntin verilişi yayımdan qaldırıldı

Tarix: 2 Oktyabr 2021 10:20

Türkiyənin "Show" telekanalında yayımlanan "Benzemez kimse bize" proqramı yayımdan qaldırılıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, proqramda aparıcılıq edən Mustafa Kəsər verilişin bağlanmasında digər aparıcı, müğənni Bülənt Ersoyu günahlandırıb:

"Proqrama başlamadan əvvəl bəzi problemlərin ola biləcəyini bilirdik, ancaq özündən həm yaşca, həm də sənət baxımından böyük birinin yanında daha hörmətli davranacağını düşündüyüm üçün verilişdə olmağı qəbul etdim. Təəssüf ki, yanılmışam. Hamınızdan buna görə üzr istəyirəm. Yuxarıda qeyd etdiyim problemlərin hamısı Bülənt Erosyun yersiz kaprizlərindən qaynaqlanır. Yaxın zamanda mətbuat konfransı təşkil edərək daha geniş məlumat verəcəyəm".


Etiketlər:  Büləntin verilişi yayımdan qaldırıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR