Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Narkokarteldən dəhşətli qisas: Düşmənlərini sıraya düzüb edam etdi - VİDEO

Narkokarteldən dəhşətli qisas:  Düşmənlərini sıraya düzüb edam etdi - VİDEO

Tarix: 2 Oktyabr 2021 13:06

Sosial şəbəkələrdə Meksikada narkokartellərin bir-birləri ilə rəqabətinin qorxunc nəticələrinin görüntüləri yayılıb. Videoda 20-yə yaxın insanın dizi üstə sıraya düzüldüyü görünür. Bundan sonra "La Bandera" kartelinin üzvlərinin edam edildiyi bildirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videoda "Los Tlacos" kartelinin üzvünün sıra ilə girovlara yaxınlaşdığı və tapançanı başlarına tutaraq müəyyən sual-cavab etdiyi görünür.

Sonradan girovlardan dördünün cəsədi şəhər merinin ofisinin qarşısında avtomobilin içində aşkarlanıb. Qalan 16 nəfərin taleyi barədə məlumat yoxdur.

Milli.Az


Etiketlər:  Narkokarteldən dəhşətli qisas Düşmənlərini sıraya düzüb edam etdi VİDEO


RƏYLƏR