Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 15:38
Vaşinqton Ukraynanın NATO-ya formal üzvlük mövzusundan qaçır, Kiyevi faktiki alyans üzvü kimi qəbul edir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Amerikan Konservativ" nəşri məlumat yayıb.
Məqalə müəllifi Ted Halen Karpenter bildirib ki, artıq ABŞ-ın Almaniya və Fransa ilə əlaqələri arzuolunmazdır:
"Şimal axını" ilə bağlı maraqların toqquşması səbəbindən ABŞ-Almaniya münasibətləri kölgədə qalıb. Avstraliya ilə sualtı qayıqlarla bağlı müqavilədən sonra da Vaşinqtonla Paris arasında inam sarsıldı".
Karpenterin sözlərinə görə, Almaniya və Fransa Kiyevi uyğunsuz partnyor hesab edir. Narahatlığın birinci səbəbi Ukraynadakı korrupsiyanın səviyyəsindədir.
Bundan əlavə, məqalədə bildirilir ki, NATO sərhədlərinin Rusiyaya qədər uzanması da Moskvanın ciddi etirazına səbəb olur.