Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 09:44
Brüssel elitasının Rusiya və Çinə qarşı yürütdüyü siyasət Avropa Birliyinin maraqlarına ziddir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Rusiya və Çinə gəldikdə, AB at üzərində oturur və quyruğuna baxır. Zəif olduğumuz yerdə güc nümayiş etdirmək istəyirik və əksinə, ortaqlığa yer olanda oradakı qapıları bağlayırıq. Brüssel elitası ideoloji pərdələr taxıb və Avropanın maraqlarına zidd hərəkət edir", - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, AB Brüsselin Vaşinqtona nəzər salması səbəbindən Şərqin tərəfdaş dövlətlərinin böyük bazarlarını itirir.
Orbanın fikrincə, belə bir vəziyyət qəbuledilməzdir:
"ABŞ Çini ən böyük rəqibi olaraq gördüyü üçün Avropadan böyük iqtisadi fürsətdən istifadə etməməyi istəyə bilməz. Avropanın strateji suverenliyinə ehtiyacı var. Bunun üçün öz hərbi gücü və ticarət siyasəti olmalıdır".