Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tehran İrəvanı su yoluna döndərib

Tehran İrəvanı su yoluna döndərib

Tarix: 4 Oktyabr 2021 16:18

Ermənistanı su yoluna döndərən İran rəsmiləri bir-birinin ardınca ermənilərə dəstək bəyanatları səsləndirməkdə davam edirlər. "Azərbaycan İrandan Avropaya tranzit yolunda iştirak etməyəcək".

Sonxeber.net xəbər verir ki, bu sözləri Ermənistan səfərindən əvvəl İran Yollar və Şəhərsalma Nazirinin müavini, Nəqliyyat İnfrastrukturunun İnkişafı Təşkilatının İcraçı Direktoru İran nazirinin müavini Heirollah Hadami səsləndirib. O, İranın Tatev yolu ilə iranlı sürücülər üçün alternativ yolun tikintisində iştirakını şərh edərkən deyib ki, İran Azərbaycan ərazisindən keçmədən asanlıqla Ermənistana, daha sonra Avropaya gedə biləcək Tatev yolunun tikintisində Ermənistanla əməkdaşlıq edə bilər. "Tatev yolunun qalan 15 km -nin tikintisi İranın hərəkətini və iqtisadi əməkdaşlığı asanlaşdırmaqda əhəmiyyətli rol oynayacaq", - deyə "Entekhab" nəşri nazir müavininin sözlərini sitat gətirib. Xadami sonda İrandan Avropaya gedən bu marşrutun həyati əhəmiyyətli yollardan biri olduğunu vurğulayıb.

Kamran Seyidov


Etiketlər:  Tehran İrəvanı yoluna döndərib


RƏYLƏR