Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 08:14
Xəbər verdiyimiz kimi, oktyabrın 3-də 1984-cü il təvəllüdlü Vüqar Eyyubov yaşadığı evdə öldürülüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Prokurorluğu onun azyaşlı oğlu tərəfindən qətlə yetilməsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, əvvəllər məhkum olunmuş, narkotik vasitə aludəçisi olan Vüqar Eyyubov yaşadığı fərdi yaşayış evinin həyətində ailə üzvlərinə narkotik vasitə tapmalarını tələb etməsi səbəbindən ailə münaqişəsi zəmnində aralarında baş vermiş mübahisə zamanı fiziki zor tətbiq edib 2006-cı il təvəllüdlü oğlu A.E-ni yerə yıxaraq boğazına şüşə parçası dirəyib, pul tapmayacağı təqdirdə onları öldürəcəyi ilə hədələyərkən sonuncu daş parçası ilə Vüqar Eyyubovun başına bir neçə dəfə zərbə vuraraq zəruri müdafiə həddini aşaraq atasını öldürüb.
İTV qətlin baş verdiyi ünvana yollanıb. V.Eyyubovun həyat yoldaşı hadisə ilə bağlı bunları deyib: "Narkotik istifadəçisi idi. Çoxdan istifadə edirdi. Tez-tez dava salırdı".
Qonşular da V.Eyyubovun ölümü ilə bağlı danışaraq, onun narkotik istifadə edərək, tez-tez dava saldığını bildiriblər.
Yeniyetmə ondan narkotik tələb edən atasını öldürdü
Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.E.-yə Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.