Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisa məhkəməlik oldu

Aktrisa məhkəməlik oldu

Tarix: 7 Oktyabr 2021 09:40

Sonuncu dəfə "Masumlar apartmanı" serialında rol alan türkiyəli aktrisa Farah Zeynəb Abdullah məhkəməlik olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın sosial şəbəkə vasitəsi ilə Musa Orhan adlı şəxsi təhqir etməsi olub.

Qeyd edək ki, intihar edən İpək Er adlı qıza təcavüz etdiyi iddia olunan M.Orhanın sərbəst buraxılmasından sonra məşhur simalar təhqiramiz paylaşımlar etmişdi. Bu səbəbdən aktrisa Ezgi Mola da məhkəməlik olmuşdu.

Məhkəmə Ezginin 5 min 200 lirə cərimələnməsi ilə bağlı qərar qəbul etmişdi.


Etiketlər:  Aktrisa məhkəməlik oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ