Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxmuş jurnalistə təcili I qrup qan lazımdır

Koronavirusa yoluxmuş jurnalistə təcili I qrup qan lazımdır

Tarix: 7 Oktyabr 2021 16:16

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur.

Sonxeber.net xəbər verir ki, bu barədə lent.az-a onun qardaşı Rəşad Şükürov məlumat verib. O bildirib ki, jurnalistin vəziyyəti ağır stabil olaraq qalır.

Cüdo Federasiyasının işçisi Rəhim Məhərrəmov isə sosial şəbəkə hesabında bildirib ki, E.Əşrəfoğlu üçün təcili 1-ci qrup (+/-) qan lazımdır. Qan Bankına bunun üçün yaxınlaşan şəxslər Xəyal bəylə (055-212-81-11) əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, Elnur Əşrəfoğlu hazırda "Yeni Klinika"da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir.


Etiketlər:  Koronavirusa yoluxmuş jurnalistə təcili qrup lazımdır


RƏYLƏR