Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda qanunsuz obyektin tikintisi dayandırılıb - VİDEO - FOTO

Bakıda qanunsuz obyektin tikintisi dayandırılıb - VİDEO - FOTO

Tarix: 7 Oktyabr 2021 16:18

Bakıda qanunsuz obyektin tikintisi dayandırılıb

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində vətəndaş Xalıqov Elşad Əzim oğlu tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Milli.Az


Etiketlər:  Bakıda qanunsuz obyektin tikintisi dayandırılıb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ