Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 22:54
Meksikanın Keretaro ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 6 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, daha bir neçə rayon sakini itkin düşüb.
Daşqınlar 11 bələdiyyədə 3.5 mindən çox yaşayış binasına ziyan vurub.
Daha çox Keretaro, Korrexidor, San-Juan-del-Rio və Tekisyapan ştatlarına maddi ziyan dəyib.
Hazırda hökumət qüvvələri ağır texnikadan istifadə etməklə təbii fəlakətin nəticələrini aradan qaldırır.