Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 13:46
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədova hökm oxunub.
Sonxeber.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, 13 il azadlıqdan məhrum edilib. Bu barədə AXCP üzvləri sosial şəbəkədə məlumat yayıblar.
Qeyd edək ki, dövlət ittihamçısı N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, N. Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.