Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 22:08
Los-Anceles meri insanların ictimai yerlərə getmələri üçün vaksinasiya tələb edən qərar qəbul edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Los-Anceles meri Erik Qarsetti restoranlar, barlar, idman zalları, idman arenaları, gözəllik salonları və digər qapalı şəhər obyektləri daxil olmaqla, ictimai yerlərə getmək imkanına malik olmaq üçün peyvənd olunmaq hüququna malik şəxslərin COVID-19 əleyhinə peyvənd edilməsini tələb edən qərar qəbul edib.
Mer Qarsetti deyib ki, pandemiyadan xilas olmağın yeganə yolu mümkün qədər çox insanı peyvənd etməkdir. O əlavə edib ki, insanların peyvənd olunmasını stimullaşdıracaq bu qaydalar həm müəssisələrin işçiləri, həm də müştərilər üçün təhlükəsizlik şəraiti yaradacaq.