Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Tarix: 22 Avqust 2019 10:20

Bakı. Trend:

Avqustun 22-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.


Etiketlər:  Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ