Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda Britaniya vətəndaşı qətlə yetirilib

Gürcüstanda Britaniya vətəndaşı qətlə yetirilib

Tarix: 11 Oktyabr 2021 15:30

Gürcüstanın Qori şəhərində Böyük Britaniya vətəndaşı 28 yaşlı Tomas Kennedi qətlə yetirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, istintaq qətlə yetirilən şəxsin əvvəlcə fiziki hücuma məruz qaldığını və daha sonra huşsuz vəziyyətdə Kür çayına atıldığını müəyyən edib.

T. Kennedinin Gürcüstana avqustun 30-da getdiyi və onun musiqi kolleclərindən birinin tələbəsi olduğu bildirilir.

Cinayət hadisəsi oktyabrın 7-də törədilib.

Polis 5 nəfəri saxlayıb.

Milli.Az


Etiketlər:  Gürcüstanda Britaniya vətəndaşı qətlə yetirilib


RƏYLƏR