Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaradağ meşəlikləri yanır

Qaradağ meşəlikləri yanır

Tarix: 22 Avqust 2019 11:52

Bakı. Elnur Bağışov – Trend

İranın Şərqi Azərbaycan vilayətində Qaradağ meşəliklərində yanğın iki gündür davam edir.

Trend-in məlumatına görə, bunu İranın Meşəliklər, Yaylalar və Su Hövzələri Təkşilatının Mühafizə Qüvvələrinin rəisi polkovnik Əli Abbasnejad İLNA-ya açıqlamasında deyib.

Ə.Abbasnejadın sözlərinə görə, artıq 40 saatdan çoxdur ki, bölgədə yanğın başlayıb və yanğın 200 hektardan çox meşə və yayla ərazisini əhatəsinə alıb.

Abbasnejad əlavə edib ki, yanğının söndürülməsində 100 əməkdaş iştirak edir: "Vilayətin Fövqəladə Hallar üzrə idarəsinin rəhbəri və vali bölgədədir və yanğının söndürülməsi üçün vertolyotun göndərilməsinə çalışırlar. Bir sıra orqanlar qonşu vilayətlərdən vertolyotun göndərilməsi üçün kömək edə bilərlər. Lakin ötən illərdə göstərdikləri köməklərə görə, onlara lazımi vəsait ödənilmədiyi üçün kömək etmirlər”.

Təşkilat rəsmisi yanğın nəticəsində indiyədək kimsənin xəsarət almadığını deyib.

Qaradağ meşəlikləri UNESKO-da biosfer və mühafizə olunan qoruq kimi seçilib.


Etiketlər:  Qaradağ meşəlikləri yanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ