Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Əzizbəylinin məzar daşı niyə qoyulmur? - AÇIQLAMA - FOTO

Ramiz Əzizbəylinin məzar daşı niyə qoyulmur? - AÇIQLAMA -  FOTO

Tarix: 12 Oktyabr 2021 13:15

Xalq artisti Ramiz Əzizbəylinin dünyasını dəyişməsindən 5 ay ötür. Amma nədənsə aktyorun məzar daşı hələ də qoyulmayıb.

Milli.Az moderator.az-a istinadən xalq artistinin müğənni qohumu Nurlan Əzizbəyli ilə əlaqə saxlayıb.

Sənətçi saytımıza açıqlamasında bildirib ki, məzar daşı hələ tam hazır deyil.

"Məncə məzar daşının qoyulması gecikməyib. Əslində məzar daşı il mərasiminə qədər qoyulmalıdır. Bizdə adət ənənə belədir. Belə görmüşük hər zaman. Sifariş olunub, ailəsi hazırlatdırır. Yaxın günlərdə yəqin ki, məzar daşı ilə bağlı hazırlıqlar bitər və sənətkarın məzar daşı qoyular" deyə müğənni bildirib.

O daha sonra əmisini xoş xatirələrdə axtardığını deyib.

"Ümumiyyətlə Ramiz müəllim elə bir insan idi ki, onunla hər görüşümüz gülüş yaradırdı. O aramızdan gedəndən sonra demək olar ki, üzümüz gülmür. Azərbaycan xalqı böyük sənətkarını, biz isə başımızın tacını itirdik. Onun yoxluğu ilə barışmaq çox çətindir, mən indi də onlara gedəndə gözüm əmimi axtarır. Elə bilirəm ki, harasa gedib və geri dönəcək. Təsəlli yerimiz yoxdur! Onun ağıllı söhbətləri, müdrik kəlamları, düzgün yol göstərməyi üçün hədsiz dərəcədə darıxırıq. Onu xatırlayanda göz yaşlarımı özümdən biixtiyar tuta bilmirəm. Əbədiyyətə çevrilən sənətkar ömrü heyf ki, bura qədərmiş. Çox heyf" deyə müğənni bildirib.
 

Milli.Az


Etiketlər:  Ramiz Əzizbəylinin məzar daşı niyə qoyulmur AÇIQLAMA FOTO


RƏYLƏR