Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 23:28
"İkinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Azərbaycan əhalisinə təşəkkür edirəm. Bunlara görə daha rahat şəkildə, sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik".
Sonxeber.net demokrat.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar ölkəyə gətirilib: "Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik".