Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3-cü mikrorayon dairəsində hərəkət üçgünlük məhdudlaşdırılır

3-cü mikrorayon dairəsində hərəkət üçgünlük məhdudlaşdırılır

Tarix: 13 Oktyabr 2021 11:38

13-16 oktyabr tarixlərində Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur:

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".


Etiketlər:  mikrorayon dairəsində hərəkət üçgünlük məhdudlaşdırılır


RƏYLƏR