Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Evdə tək” yenidən çəkildi - VİDEO

“Evdə tək” yenidən çəkildi - VİDEO

Tarix: 13 Oktyabr 2021 20:15

"20th Century Studios" "Evdə tək" filminin remeykinin treylerini yayımlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rolu 12 yaşlı aktyor Arçi Yeyts canlandırıb. Filmin premyerasının 12 noyabrda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Arçi daha əvvəl "Coco dovşan" filmində oynadığı obrazla tanınıb.

Qeyd edək ki, orijinal "Evdə tək" 1990-cı ildə işıq üzü görüb. Makaley Kalkinin baş rolda çəkildiyi ekran işi ABŞ tarixində ən yüksək gəlirli Milad bayramı filmi olub. Ekran işi "Oskar" və "Qızıl qlobus"a layiq görülüb.

Bunun ardından "Evdə tək-2: Nyu-Yorkda itirilmiş", "Evdə tək-3", "Evdə tək-4" və "Evdə tək-5: Bayram soyğunu" çəkilib.

Milli.Az


Etiketlər:  Evdə tək yenidən çəkildi VİDEO


RƏYLƏR