Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki yorğunluğun 5 fiziki səbəbi - Nələri yoxlamalısız?

Xroniki yorğunluğun 5 fiziki səbəbi - Nələri yoxlamalısız?

Tarix: 13 Oktyabr 2021 23:36

Xroniki yorğunluq bilinməyən diaqnoz deyil. Bəzən həqiqətən bu sindromun altında ciddi fiziki problemlər, çatışmamazlıqlar yaranır.

Sonxeber.net xroniki yorğunluğa səbəb olan pozulmaları təqdim edir:
Xroniki yorğunluq orqanizmin insana dincəlmək və qüvvəni bərpa etmək üçün siqnaldır.

Əlamətləri:

- Əzginlik
- Harasa getmək, yeni iş görməyə həvəsin olmaması
- Şirniyyat və şorabaya kəskin istək
- Diqqət yayqınlığı

- Hər şeyi qaranlıq görmək
- Görmənin dumanlanması
- Yuxunun pozulması

- Gərginlik
- Əsnəmək

Bəzən təbiətə getmək, gəzmək, istirahət etmək də simptomları aparmır. Deməli, bədəndə həqiqətən hansısa element, tikinti materialı çatmır.

Bunlar əsasən 5 səbəbdir.

- Qanazlığı, dəmir defisiti, anemiya

Bu zaman orqanizmdə oksigen aclığı yaşanır, saçlar tökülür, endokrin funksiyalar pozulur. Bunun üçün analizlər verib, dəmir preparatları qəbul etmək, qidalanmanı düzəltmək lazımdır

- B 12 və B 9 vitamini çatışmazlığı

Bu vitaminlər mütləq anemiyada olur və ya anemiyaya səbəb olur. Mədə-bağırsağı pozulmuş insanlarda da bu vitaminlər mənimsənilmir. B 12 çatmayanda orqanizm qırmızı qan hüceyrələrini - eritrositləri yaxşı hasil edə bilmir.

Meyvə-tərəvəz yeməyənlərdə isə fol turşusu - B 9 əskikliyi olur. Bütün bunlar bədənin, beynin oksigen aclığına gətirib çıxarır.

- Qalxanvari vəzin işinin zəifləməsi, hormonal pozulma

Əgər bu vəz zəif işləyirsə, insan çətin arıqlayır, bədəni sanki şişir, daim soyuq olur, donur, yorğunluq, əzginlik onu üzür. Dəri, saçlar tökülür. Bu problem selen və yod əskikliyində də yaranır.

- D vitamini əskikliyi

Orqanizmin energetik resursunu D vitamini və kalsium təyin edir. Məhz bu ikilinin birləşməsi enerji səviyyəsini artırır. Əgər bu ikisi defisitdirsə, yorğunluq qaçılmazdır.

- Qaraciyərdə problemlər.

Bu orqan bədənin laboratoriyası, filtri və batareyasıdır. Əgər o toksinlidirsə, yağlıdırsa, stresdən, dərmanlardan yüklənibsə, orqanizmin rahat olması mümkün deyil.

Eləcə də kişi və qadınlarda testosteron hormonunun normadan aşağı olması xroniki yorğunluğun başlıca səbəbi ola bilər. Əgər az yediyinizə baxmayaraq, arıqlamırsızsa, o zaman bu hormonu yoxladın. /medicina.az


Etiketlər:  Xroniki yorğunluğun fiziki səbəbi Nələri yoxlamalısız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ