Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə şagirdləri daşıyan avtobuslar qəzaya uğradı, 44 yaralı - FOTO

Türkiyədə şagirdləri daşıyan avtobuslar qəzaya uğradı, 44 yaralı - FOTO

Tarix: 14 Oktyabr 2021 07:42

Türkiyədə şagirdləri daşıyan iki avtobus qəzaya uğrayıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Nevşehirdə Hacı Bektaş Vəlinin vəfatının 750-ci ili münasibətlə keçiriləcək yürüşə qatılmaq üçün 81 vilayətdən gələn şagirdləri daşıyan iki avtobusun düşdüyü qəzada 44 nəfər yaralanıb.

Onlardan 39-u şagirddir.

Avtobuslardan biri evakuatorla toqquşub, arxadan gələn digər avtobusun sürücüsü qəzadan yayınmaq istəyərkən manevr edib və bu zaman maşın aşıb.

Hadisə yerinə çox sayda polis, təcili yardım və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.


Etiketlər:  Türkiyədə şagirdləri daşıyan avtobuslar qəzaya uğradı yaralı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ