Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir əsrlik Qars müqaviləsi - VİDEO

Bir əsrlik Qars müqaviləsi - VİDEO

Tarix: 14 Oktyabr 2021 13:42

Tarixi müqavilənin imzalanmasından 100 il keçir

1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında bağlanan müqavilədən bir neçə ay sonra, elə həmin il oktyabrın 13-də Rusiya və Türkiyə də daxil olmaqla Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə Qars müqaviləsi imzalandı.

Bu sənəd mühüm tarixi əhəmiyyətə malik idi. Bu müqavilənin içzalanmasından bu gün 100 il ötür.

Qars müqaviləsinə əsasən, Türkiyənin Cənubi Qafqaz Respublikaları ilə ərazilərinin dəqiqləşdirilməsi ilə yanaşı, sənəddə Naxçıvanın da statusu təsbit olundu və burada 3 mühüm məsələ yer aldı

1. Naxçıvana muxtariyyət statusunun verilməsi
2. Naxçıvanın Azərbaycanın himayəsi altında olması
3. Azərbaycanın bu himayə haqqını heç vaxt üçüncü dövlətə güzəştə getməməsi


Bu baxımdan 100 illik tarixi olan Qars müqaviləsi bu gün də qüvvədə olan sənəddir. Hətta tarixçilər bu il Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsini Qars müqaviləsi qədər əhəmiyyətli hesab edirlər.

Milli.Az


Etiketlər:  Bir əsrlik Qars müqaviləsi VİDEO


RƏYLƏR