Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2021 11:12
Qərbi Azərbaycanda mətbəə sənayesi məhv olmaq üzrədir.
Sonxeber.net bildirir ki, bu barədə Qərbi Azərbaycan "Mətbəəçilər Birliyi"nin başçısı Məcid Muhibbi açıqlama verib.
Məcid Muhibbi əyalətdə ənənəvi mətbəələrin sıradan çıxmaqda olduğunu bildirib. Onun sözlərinə görə, ofset mətbəələr ehtiyacın yalnız 30%-i təmin edə bilir.
Çap sahəsinin mədəniyyətin inkişafı və yayılmasında önəmli rol oynadığını deyən Məcid Muhibbi Qərbi Azərbaycan əyalətində bu sahənin inkişaf etdirilmədiyini qeyd edib.
"Təəssüflə bildirirəm ki, əyalətdə ənənəvi çap sənayesi sıradan çıxıb. Ofset üsulu ilə fəaliyyət göstərən mətbəələr isə ehtiyacların yalnız 30%-i qarşılaya bilir. Onlar tədricən fəaliyyət sahəsini tərk etməkdədirlər"- deyən Muhibbinin sözlərinə görə, hökumət və sərmayəçilər bu sahəyə diqqəti artırmalıdır.