Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2021 09:42
Erməni hərbçiləri belə bir addım atıbsa, deməli, Ermənistan tərəfi atəşkəs şərtlərinə əməl etməyib və bu, çox ciddi bir məsələdir.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a fransız ekspert Naim Asas Ermənistanın Qarabağdakı son təxribatları barədə danışarkən deyib.
Onun sözlərinə görə, bu cür təxribat son dərəcə təhlükəli olduğu üçün Azərbaycan hakimiyyəti Rusiya və Türkiyədən müdaxilə etməsini istəməlidir:
"İran qoşunlarının Azərbaycan sərhədləri tərəfdə hərəkətliliyinin bu məsələdə çox böyük əhəmiyyəti var. Belə bir təxribatın arxasında başqa bir müharibəyə başlaya biləcək görünməz əllərin dayandığı güman edilir", - deyə fransız mütəxəssis bildirib.