Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2021 16:12
Türkiyənin Adana şəhərində sükan arxasında həyat yoldaşı ilə əlbəyaxa olan sürücü avtomobili ağaca çırpıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Cütlüyün qəzadan sonra da avtomobilin salonunda mübahisələrini davam etdirdikləri aydın görünür.
İnsident nəticəsində avtomobildə bir nəfər azyaşlının da olduğu bildirilir.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəysə də, sürücü və sərnişinlər xəsarət almayıb.