Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emreliyə böyük maraq: Avropa klubları oyununu izləməyə gedir - SİYAHI

Mahir Emreliyə böyük maraq: Avropa klubları oyununu izləməyə gedir - SİYAHI

Tarix: 17 Oktyabr 2021 15:22

Mahir Emreli Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə sportowefakty.wp.pl portalı xəbər yayıb. İddia olunub ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) klubları "Legia"da çıxış edən futbolçumuzla maraqlanır. 

Məlumata görə, həmin klubların skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər. Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Milli.Az


Etiketlər:  Mahir Emreliyə böyük maraq Avropa klubları oyununu izləməyə gedir SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ