Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanaya iynə vurdurmağa gədən kişi mühafizəçiyə kəllə atdı - VİDEO

Xəstəxanaya iynə vurdurmağa gədən kişi mühafizəçiyə kəllə atdı - VİDEO

Tarix: 28 Oktyabr 2021 20:44

Türkiyənin İzmir şəhərində xəstəxanaya iynə vurdurmağa yollanan kişi mühafizəçiyə hücum edərək ona xəsarət yetirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, verilən ilkin məlumata əsasən, pasiyent həkimin onu qəbul etməyi gecikdirməsini əsas gətirərək həkimlə mübahisə etməyə başlayıb.

Tibb mərkəzinin mühafizəçiləri dərhal insidentə müdaxilə edib. Lakin xəstəxananın mühafizəçilərinin ani diqqətsizliyindən istifadə edən xəstə onlardan birinə başı ilə zərbə endirib.

Zərbə nəticəsində mühafizəçinin yumşaq toxumaları zədələnib.

Hadisə anbaan xəstəxananın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.


Etiketlər:  Xəstəxanaya iynə vurdurmağa gədən kişi mühafizəçiyə kəllə atdı VİDEO


RƏYLƏR