Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Firuzə İbadova tənqidlərə cavab verdi

Firuzə İbadova tənqidlərə cavab verdi

Tarix: 29 Oktyabr 2021 12:25

Əməkdar artist Firuzə İbadova maddi sıxıntılarını dilə gətirdiyi üçün onu tənqid edənlərə cavab verib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, "Tarixin bir günü" verilişində danışıb. Müğənni qeyd edib ki, tərəf müqabili, Əməkdar artist Cavanşir Məmmədovun adının onun problemlərində hallanmasını istəmir:

"Çünki o da digərləri kimi sənət yoldaşımdır. Dövlətimdən hər zaman razı olmuşam. Fikrimcə, bu problemlərin hamısı həll olunacaq. Əvvəl gözəl bir evdə yaşayırdım. Pandemiya dövründə 40 min borcum qaldığı üçün qaytardım. Başqa biznesim yoxdur, ancaq müəllimlik edə bilərəm. Evi qaytardım, pulu verdilər. Balaca bir ev aldım, orada yaşadım. On il ərzində qəzalı binada, qaçqınlarla birgə yaşamışam. Bu söz-söhbətlərə görə, üç gün ağladım. Həmkarım Aybəniz Haşımovaya və aktrisa Mehriban Xanlarovaya təşəkkür edirəm. Onlar məni müdafiə etdilər. Mən heç bir insandan, nə qohumlarımdan, nə də tanışlarımdan yardım qəbul etmirəm. Hətta mənə təklif də gəlib, ev almaq istəyiblər, razı olmamışam. Çünki sənətə gələndə  bahalı evlərim, maşınlarım olsun deyə plan qurmamışdım. Sadəcə sənətimdə irəliyə getmək istəyirdim. Hələ də bunun üçün çalışıram".

Qeyd edək ki, Əməkdar artist ötən günlərdə "Günün sədası" proqramında 32 kvadratmetrlik evdə yaşadığını söyləyib.  


Etiketlər:  Firuzə İbadova tənqidlərə cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ