Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 14:34
"Zəfər" altsistemi artıq formalaşıb. Sistem həm I Qarabağ müharibəsi, Vətən müharibəsinə qədərki, həm də Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, DSMF-nin Elektron və innovasiyalar şöbəsinin müdir müavini Orxan Salahovun sözlərinə görə, "Zəfər" altsisteminin mahiyyəti indiyə qədər şəhid və şəhid ailəsi, həmçinin müharibə əlili və müharibə veteranı statusları verən qurumların məlumat bazalarını, informasiyalarını vahid mərkəzdə, bir altsistemdə toplamaqdır. Bu da gələcəkdə həmin kateqoriyalardan olan vətəndaşlara sosial dəstəyin təmin edilməsi işlərində çevik məlumat mübadiləsi imkanı yaradacaq.
Orxan Salahov bildirib ki, vətəndaşlar sistemə daxil ola bilməyəcəklər, sadəcə müəyyən olunmuş qurumlar altsistemə daxil olaraq lazım olan informasiyanı əldə edə biləcəklər. Gələcəkdə ehtiyac olduğu təqdirdə siyahıya digər qurumların da əlavə edilməsi nəzərdə tutulur.
O əlavə edib ki, mövcud qurumlarda olan həm şəhid, şəhid ailəsi, həm də müharibə veteranı statuslarını alan vətəndaşlarla bağlı məlumatlar 6 ay ərzində altsistemə daxil edilməlidir. Əgər sonradan hər hansı yeni məlumatlar olarsa, həmin statusları verən qurumlar 5 iş günü müddətində bu barədə məlumatları "Zəfər" altsisteminə daxil etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: