Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlar bir çox hallarda yollarda təhlükəli vəziyyət yaradırlar - VİDEO

Onlar bir çox hallarda yollarda təhlükəli vəziyyət yaradırlar - VİDEO

Tarix: 29 Oktyabr 2021 16:10

Son dövrlər Bakıda mopedlərlə yanaşı, elektroskuterlər sayı da kəskin artıb. Eynilə mopedlərdə olduğu kimi, bu nəqliyyat vasitəsini də idarə edən zaman sürücülük vəsiqəsi tələb edilmir. Qiyməti 1000 manatdan bir az baha olan bu nəqliyyat vasitəsini sürə bilən də, bilməyən də alır. Onlar bəzi hallarda avtomobil yollarına çıxırlar. Bu isə bəzən qəzalarla nəticələnir. Bəs bunları harada sürmək olar?

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Mahir Məmmədli son dövrlər şəhərdə artan elektroskuterlərin sürücülərindən narazıdır. Deyir ki, hətta həmin skuterlərdən birinin avtomobilinə çırpılması nəticəsində ona 440 manat məbləğində maddi ziyan dəyib.

Ümumiyyətlə son dövrlər şəhərdə avtomobil yollarında elektroskuter sürənlərin sayı artır. Hətta bəzi hallarda tıxacdan yaxa qurtarmağa çalışanlar həmin vasitədən istifadə edərək işə də gedirlər.

Skuter sürənlərin özləri də bəzi hallarda qayda pozduqlarını etiraf edirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakıda bu cür kiçik həcmli yerdəyişmə vasitələrinə marağın artması əslində müsbət haldır. Bir adamı rahat daşıyan bu nəqliyyat vasitəsi ekoloji təmiz olmaqla yanaşı, tıxacdan yayınmaq üçün də istifadə edilə bilər. Ancaq indiki vəziyyətdə bu nəqliyyat vasitələrindən Bakıda rahat istifadə etmək olmur. Ekspert hesab edir ki, bu istiqamətdə ciddi işlər görülməlidir.

Ərşad Hüseynov onu da bildirib ki, bir çox Avropa şəhərində bu cür yerdəyişmə vasitələri geniş tətbiq edilir. Hazırda Azərbaycanda hazırlanmaqda olan yeni qanunvericilikdə bu kimi nəqliyyat vasitələri ilə bağlı xüsusi bəndlər yer almalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Onlar çox hallarda yollarda təhlükəli vəziyyət yaradırlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ