Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya COVID-19-a qarşı üçüncü peyvəndin vurulmasına dekabrda başlamağı planlaşdırır

Yaponiya COVID-19-a qarşı üçüncü peyvəndin vurulmasına dekabrda başlamağı planlaşdırır

Tarix: 29 Oktyabr 2021 22:44

Yaponiya Səhiyyə Nazirliyinin ekspertlər qrupunun təklifini nəzərə alaraq COVID-19-a qarşı üçüncü peyvəndin vurulmasına dekabrda başlamağı planlaşdırır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, üçüncü peyvənd ilkin olaraq tibb işçilərinə vurulacaq. Bildirilir ki, bu zaman ABŞ-ın "Pfizer" şirkətinin ikinci peyvəndinin vurulmasından sonra onun səmərəlilik dərəcəsinin aşağı düşməsi barədə məlumatı əsas götürülür. Belə ki, həmin tədqiqatın nəticələrinə görə hər iki peyvənd vurulduqdan sonra 16-44 yaşlı şəxslər arasında səmərəlilik 89 faizdən 39 faizə, 45-64 yaş üzrə şəxslər arasında 87 faizdən 50 faizə, 65 yaşdan yuxarı şəxslər arasında isə 80 faizdən 43 faizə enib.

Qeyd edilib ki, üçüncü peyvəndin vurulması ilə əlaqədar xarici ölkələrin təcrübəsi də nəzərə alınıb. Məsələn, ABŞ-da üçüncü peyvəndin yaşlı nəslə və yaşı 18-dən yuxarı, lakin müvafiq xəstəliklərə malik olan şəxslərə artıq vurulmağa başlandığı qeyd edilib. İsraildə isə 12 yaşdan yuxarı şəxslərin iki peyvənddən sonra üçüncü peyvəndi almaq hüququna malik olduğu bildirilib.

Ekspertlər qrupu peyvəndin səmərəliliyinin azalmasını nəzərə alaraq yaşlı nəslə üçüncü peyvəndin vurulmasının zəruri olduğunu təklif edib.

Səhiyyə Nazirliyinin bununla bağlı son qərarı noyabrda qəbul edəcəyi bildirilir.


Etiketlər:  Yaponiya COVID qarşı üçüncü peyvəndin vurulmasına dekabrda başlamağı planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ