Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 16:30
"Bu gündən İrəvan küçələrində polis terrorunun payız-qış mövsümü başlayacaq. Paşinyan əleyhinə mitinqə çıxanları bir sıra bəhanələrlə həbsə atacaqlar".
Sonxeber.net Publika.az-a istinadla xəbər verir ki, bunu keçmiş deputat Naira Zohrabyan deyib. O bildirib ki, dünyanın heç bir yerində belə yanaşma mövcud deyil:
"Məsələn, açıq yerlərdə maska taxmayan insanlar cərimələnəcək və polis "qəhrəmancasına" onların ən itaətsizlərini asfaltda möhkəmcə əzişdirəcək. Pandemiyanı bəhanə gətirib insanları küçəyə çıxmağa qoymayacaqlar. Hökumət hətta açıq yerlərdə maska taxmağın vacib olduğunu rəsmi qərarla bildirdi. Buna da ehtiyac yox idi".