Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub

Bu il 750-dək məcburi köçkün özünüməşğulluq 
proqramına cəlb olunub

Tarix: 23 Avqust 2019 14:56

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən məcburi köçkünlərdən artıq 750-dək şəxs özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olduğu nəzərə alınmaqla bu proqrama cəlb edilib.

Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün artıq aktivlər verilməsinə başlanıb.

Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və bu işlər çərçivəsində ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayı da artacaq.


Etiketlər:  Bu il 750 dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ