Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 11:12
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Cənubi Qafqaza səfər edəcək.
Sonxeber.net bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, E. Olson regional əməkdaşlığı təşviq etmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
Erika Olsonun Ermənistana səfəri çərçivəsində noyabrın 2-dən 4-dək ABŞ-ın Cənubi Qafqazdakı diplomatik missiyasının rəhbərlərinin iştirakı ilə İrəvanda iclas keçiriləcək. İclasa ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerlə birlikdə amerikalı həmsədr Endryu Şofer də iştirak edəcək.
E. Olson Ermənistandan sonra müvafiq olaraq Azərbaycan və Gürcüstana səfər edəcək.