Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efirə zəng edib, anasını istəmədiyini dedi - VİDEO

Efirə zəng edib, anasını istəmədiyini dedi - VİDEO

Tarix: 2 Noyabr 2021 15:55

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı qalmaqal bitmək bilmir.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  "Təsir dairəsi" verilişinə gələn Canana övladlarının əlindən alınmasına etiraz edib. O bildirib ki, böyük oğlu Tuncay hadisələrdən təsirlənərək, məktəbə də getmək istəmir.

Proqrama zəng edən Tuncay atası ilə qalmaq istədiyini deyib:

"Mən atamla qalmaq istəyirəm. Atamla qalmaq xoşuma gəlir, hər gün bizimlə oynayır. Mənə atam doğmadır. İstəmirdim nəşə deyim, amma mənə seçim verirlər. Mən də atamı seçirəm. Məhkəmədə deməmişəm anamla qalmaq istəyirəm. Hər zaman atamla qalmaq istəyirəm. heç vaxt anama nəşə demək istəməmişəm, amma məni məcbur edir. Utanıram, məktəbə gedəndə sinif yoldaşlarım mənə nə deyəcək?".

Qeyd edək ki, Kərim və Canana bir neçə gün əvvəl rəsmi boşanıb. Onların 3 övladı atada qalıb. 


Etiketlər:  Efirə zəng edib anasını istəmədiyini dedi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ