Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 21:08
Efiopiya hökuməti ölkənin şimalındakı gərginliklə əlaqədar fövqəladə vəziyyət elan edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin "Fana" telekanalı məlumat yayıb.
Məlumata görə, sözügedən qərar paytaxt Əddis-Əbəbənin şimalında, Tiqray bölgəsi ilə sərhədə daha yaxın olan Amhara bölgəsindəki Dessiye və Kombolça şəhərləri ətrafındakı vəziyyətlə bağlıdır.
Əddis-Əbəbə rəhbərliyi şəhər sakinlərinə yaxın iki gün ərzində paytaxtın müdafiəsinə hazır olmalarının vacibliyini bildirib.
Dessiye və Kombolça Əddis-Əbəbədən təxminən 400 km şimalda Amharada yerləşir və onların ətrafında Efiopiya ordusu ilə "Tıqray Xalq Azadlıq Cəbhəsi"nin qüvvələri arasında qarşıdurma davam edir.
1991-2018-ci illərdə Efiopiyada hakim mövqelərdə olan "Tiqray Xalq Azadlıq Cəbhəsi" hazırkı baş nazir hakimiyyətə gəldikdən sonra müxalifətə keçib. Efiopiyanın şimalı 2020-ci ilin noyabrından münaqişələrin episentridir.