Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu əlamətlər artıq Delta ştammına yoluxub sağaldığınızı göstərir

Bu əlamətlər artıq Delta ştammına yoluxub sağaldığınızı göstərir

Tarix: 2 Noyabr 2021 21:42

Bəzi insanlar kovidin simtptomlarını aşkar və güclü keçirməsə də asimptomatik olaraq xəstəliyi keçirib bitirir. Amma bəzi siqnallar var ki, keçirilmiş infeksiyadan xəbər verir.

Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, xəstəliyin gizli və zəif keçirilməsinin bir səbədi də zəif immunitetdir. Virusa yoluxduqda orqanizm ciddi reaksiya vermir, bu zaman yüksək antitellər də hasil olmur.

Lakin Delta ştammına yoluxduqdan sonra hər xəstədə mütləq bir müddət postkovid sindrom sürür. Bunun isə əlamətləri bunlardır:

- Nəzərə çarpan yorğunluq
- Burun tutulması

- Səsdə dəyişiklik
- Ağız dadında dəyişiklik

- Yaddaş pozuntusu
- Mədə-bağırsaq spazmları, pozulması

- Qulaqda küy
- Ayaqlarda ağrı

- Halsızlıq
- Ağızın quruması
- Eləcə də nevroloji problemlər

Əgər sizdə qəfildən belə hal baş veribsə, həkimlər səbəbini tapa bilmirsə, çox güman ki, siz delta virusu keçirmisiz. Bu zaman qanda antitel analizi vermək olar, əgər az da olsa antitel yaranıbsa, şübhələriniz doğrulacaq.

Milli.Az


Etiketlər:  Bu əlamətlər artıq Delta ştammına yoluxub sağaldığınızı göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ