Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səs batmasının səbəbləri. Diqqətli olun!

Səs batmasının səbəbləri. Diqqətli olun!

Tarix: 2 Noyabr 2021 22:18

Səsin batması kimi simptomla insanların bir çoxu üzləşir. Əksər hallarda bunun səbəbi virus və bakterial infeksiyaları fonunda kəskin laringitin inkişafıdır.

Kəskin larıngit qırtlağın iltihabıdır. Səs tellərimiz (xüsusi əzələ qrupu) qırtlaqda yerləşir və qırtlaq iltihablaşdıqda səs telləri də iltihablaşır.

Kəskin laringit zamanı insan boğazında quruluq hiss edir, udqunanda əziyyət çəkir, boğazı "qaşınır", səsi batır, xırıltılı olur, danışanda əziyyət çəkir, aydın danışa bilmir və ya onun səsi heç çıxmır. Xəstədə intoksikasiya əlamətləri meydana çıxa bilər - hərarətin artması, baş ağrısı və s. və həmçinin ösrürər, zökəm kimi simptomlar. Kəakin laringitin müalicəsi ilə otolarinqoloq məşğul olur.

Xroniki laringit zamanı insanın səsi tez-tez batır, tutulur, boğazı qaşınır ki, insan tez-tez öskürür. Xroniki laringitin inkişafına insanın peşəsi səbəb ola bilər. Belə ki, müəllimlərdə, diktorlarda və s. nitq apparatı daim yüklənir ki, bu da xroniki laringitin inkişafına səbəb olur.

Lakin onu da nəzərinizə çatdıraq ki, bəzən səsin tutulması və batmasının səbəbi infeksiya deyil, tamam başqa səbəblər olur. Bu səbəblərin arasında çox təhlükəli xəstəliklər də var.

Beləliklə, səs batmasının digər səbəbləri arasında:

- Reflüks xəstəliyi. Normada mədənin içində olan qida və mədə şirəsi mədədən geri qida borusuna, qırtlağa və udlağa düşmür. Bunun üçün mədənin girişində xüsusi qapaq var ki, bu qapaq mədənin içindəkini geri axmağa imkan vermir. Lakin bəzi xəstəliklər zamanı bu qapaq zəifləyir və mədə şirəsi qida borusuna və qırtlağa düşür. Bu xüsusilə gecə saatlarında insan uzanmış vəziyyətdə olanda mümkün olur. Mədə şirəsi səs tellərinə düşür və onları qıcıqlandırır. Nəticədə insanın səsi batır, xırıltılı olur.

- Qırtlağın və səs tellərinin polipləri, kistaları, şişləri (o cümlədən bədxassəsli şişləri - xərçəng) də səsin dəyişilməsinə səbəb ola bilər.

Səs sənətçiləri, müəllimlər, vəkillər və ya səyyar satıcıları kimi davamlı yüksək səslə  danışanların səs tellərində poliplər əmələ gələ bilər və ya qalınlaşmalar inkişaf edə bilər. Erkən dövrlərdə bu pozulmalar səs istirahəti və dərmanlarla müalicə edilə bilir. Ancaq daha gecikmiş mərhələrdə cərrahi müalicəsinə ehtiyac yarana bilər.

Nisbətən zərərsiz poliplərlə yanaşı səsin tutulması xərçəngin əlaməti də ola bilər. Xüsusilə bu siqaret çəkən insanlar üçün aktualdır. Siqaret çəkmək vərdişi səs telləri və qırtlağın xərçənginin əsas səbəblərindən biridir.

- Qalxanvari vəzi xəstəlikləri. Hipotireoz (qalxanvari vəzinin funksiyasının zəifləməsi) zamanı digər sismptomlarla yanaşı (soyuğa davamsızlıq, bədən çəkisinin səbəbsiz olaraq artması, yuxululuq və s.) insanda səsin batıqlığı kimi simptom meydana çıxır.

- Qırtlaq vərəmi, sifilis (zöhrəvi xəstəlik) kimi xəstəliklər zamanı səs batır, xırıltılı olur.

- Hormonal səbəblər. Yeniyetməlik dövründə orqanizmdə hormonal fon dəyişilir və bu, o cümlədən, səsin dəyişilməsinə səbəb olur. Bu 12-15 yaşlar arası olan oğlanlarda baş verir.

- Stress, həyəcanlamalar səsin tutulmasına səbəb ola bilər.


Etiketlər:  Səs batmasının səbəbləri Diqqətli olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ