Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyu-York tarixində ikinci qaradərili mer seçildi

Nyu-York tarixində ikinci qaradərili mer seçildi

Tarix: 3 Noyabr 2021 11:36

Nyu-Yorkun 110-cu meri seçilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni mer Nyu-York şəhərinin keçmiş polis kapitanı, ABŞ Demokratlar Partiyasının üzvü Erik Adamsdır. O, 66,14 faiz səslə (676 481 səs) qalib olub. Onun əsas rəqibi, respublikaçı Kertis Sliva isə 28,66 faiz səs (293 127 səs) qazanıb.

Bildirilir ki, keçmiş polis şəhər tarixində ikinci qaradərili mer olub.

61 yaşlı yeni mer rəsmi olaraq yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, E.Adamsdan öncə bu vəzifədə demokrat Bill de Blazio olub. O, 8 il şəhəri idarə edib.

Məlumat üçün bildirək ki, Nyu-Yorkun ilk qaradərili meri David Norman Dikins olub. O, 1990-1993-cü illərdə şəhərə rəhbərlik edib.

Milli.Az


Etiketlər:  Nyu York tarixində ikinci qaradərili mer seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ