Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 14:45
"Kim nə səhv edir, ya deyir, şeytan yoldan çıxardı, ya deyirlər kruqu pis idi, ya da zəmanə pisdi. Yəni, özündən başqa hamı günahkardır. Uşaqlarınıza düzgün tərbiyə verin, amma yox, necə dəyişəcək ki, beyniniz? Sizi də valideyinləriniz elə böyüdüb axı".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. O, qiymətlərin və rüsumların qalxmasına etirazını bildirib:
"Hələ düzələ bilmərik. Boş yerə özümü yormayım. Qiymətlərin qalxması xəbərini Oksananın xəbəri üstələdi. Hamı onları müzakirə edəcək bir neçə gün. Təki qeybətə mövzu olsun, qalan hər şey düzələr - Allahın köməkliyi ilə.
Bizimkilər uğurunu Allahın ətəyinə, səhvini şeytanın ətəyinə ata-ata yaşayırlar, bir də bəxt üzüyündəki kimi "İrasim görəsən gecə arvadına nə alıb gətirdi?" dərdini çəkə-çəkə bu həyatı hədərə yaşayırlar".
Qeyd edək ki, ötən gündən etibarən medianın və sosial şəbəkələrin gündəmini Oksana Rəsulova və Şəhriyar Əbilovun 4 illik evliliyini gizlətməsi xəbəri zəbt edib.