Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 16:12
Krasnoyarsk məhkəməsi oynaşını öldürüb bədənini müxtəlif hisslərə bölən qadınla bağlı qərar qəbul edib.
Sonxeber.net xəbər verir ki, məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrum edib. İstintaq müəyyən edib ki, 39 yaşlı müttəhim kişini qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti hissələrə ayırıb, çantalara yığaraq soyuducuya qoyub.
Sonra da daşıyıcı xidməti soyuducunu şəhərin digər tərəfindəki qaraja köçürmək üçün çağırıb. Yolda işçilər qadından soyuducunun içində nə olduğunu soruşublar və o da cinayətini etiraf edib. 11 il həbslə yanaşı, zərərçəkən tərəfə dəyən mənəvi ziyana görə 700 min rubl cərimə ödəməli olacaq.
Anar Əli