Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kurban Berdıyev: ''Nəticədən narazıyam''

Kurban Berdıyev: ''Nəticədən narazıyam''

Tarix: 4 Noyabr 2021 23:16

"Dünən də dediyim kimi, ağır oyun alındı. Təəssüf ki, qapımıza gələn 2 zərbə qolla nəticələndi. Oyundan müəyyən qədər məmnunluq olsa da, nəticədən narazıyam".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis əks-hücumlarda qol buraxdıqlarını bildirib: "İndi biz nə istəsək, deyə bilərik. Amma qol epizodlarının boşa verilməsi bizi ruhdan saldı".


Etiketlər:  Kurban Berdıyev Nəticədən narazıyam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ