Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbul olmuş dua

Qəbul olmuş dua

Tarix: 4 Noyabr 2021 23:56

Əmru ibni Cəmuh cihada hazırlaşır və evdən çıxmamış bu duanı edir: "Allahım, məni ailəmə qaytarma"! Arvadı ərinin bu sözlərini eşidir. Əmru ibni Cəmuh o vaxta qədər cihadda iştirak etməmişdi və bu dəfə cihada getməyi qərara alır. Onun ayağı axsayırdı və bu cür insanlar cihaddan azad idilər. Cihad onların boynuna düşmürdü. Ancaq buna baxmayaraq, onun dörd oğlu şir kimi cihadlarda vuruşur və həmişə Peyğəmbərin (s) xidmətində olurdular.

Lakin bu dəfə ataları cihada getməyi qərara alır. Qohumları onun bu qərarından xəbərdar olanda çox narahat olurlar. Bir-birinin ardınca onun yanına gəlib, bu fikirdən daşındırmağa çalışırlar. Nəhayət Əmru Peyğəmbərin (s) xidmətinə gəlir və olanları ona danışır. Peyğəmbərə (s) deyir: "Ya Rəsullah! Qohumlarım məni evdə həbs etmək istəyirlər. İstəmirlər ki, Allah cihadında iştirak edəm. Ancaq çox arzu edirəm ki, bu ayağımla cihada gedim və behiştə daxil olum". Həzrət buyurur: "Ya Əmru! Sənin dini üzrün vardır. Cihad sənin üçün vacib deyildir". Əmru deyir: "Ya Rəsullah! Bilirəm, ancaq iştirak etmək istəyirəm. Peyğəmbər (s) buyurur: "Mane olmayın, qoyun getsin. Şəhadət arzu edir, yəqin ki, nəsibi olar".

Ühüd döyüşündə Əmrunun bu ayaqla vuruşması dillər əzbəri oldu. Oğlu da atasının arxasında vuruşurdu, nəhayət hər ikisi şəhid oldular.

Mədinə qadınları bu mənzərini izləmək üçün Ühüdə gəlirdilər. Bu qadınlardan biri də Peyğəmbər (s) həyat yoldaşlarından biri olan Aişə idi. O, yolda Əmrunun arvadını görür ki, dəvənin üstündə üç cənazə aparır. Ondan soruşur: "Nə xəbər?" Əmrunun arvadı deyir: "Əlhəmdullah! Peyğəmbər (s) salamatdır. O, salamat olanda heç bir qəmim olmaz". Aişə soruşur: "Bu cənazələr nədir?" Əmrunun arvadı deyir: "Bunlar qardaşımın, oğlumun və ərimin cənazəsidir". Soruşur: "Hara aparırsan?" Deyir: "Mədinəyə aparıram ki, dəfn edəm". Bu sözləri deyib, dəvənin yüyənini Mədinəyə tərəf dartır. Ancaq dəvə getmək istəmir. O, çox təəcüblənir. Aişə deyir: "Yəqin ki, dəvənin yükü çoxdur və gücü çatmır". Əmrunun arvadı deyir: "Yox, bu dəvə çox güclüdür, iki dəvənin yükünü götürə bilir. Burada başqa bir iş var". Sonra da dəvəni buraxır və dəvə Ühüd tərəfə hərəkət edir. O, Peyğəmbərin (s) xidmətinə gəlir və mövzunu ona danışır. Peyğəmbər (s) soruşur: "Ərin Ühüdə gələndə bir şey dedimi?".

Arvadı dedi: "Ya Rəsulallah! Ühüdə gəlməmişdən qabaq dedi ki, Allahım! Məni ailəmə qaytarma". Peyğəmbər (s) buyurur: "Elə buna görədir, bu şəhid kişinin xalis duası qəbul olmuşdur. Allah istəmir ki, bu cənazə geri qayıtsın. Ənsarların içində elələri vardır ki, əgər Allahdan bir şey istəsələr, Allah onların duasını qəbul edir. Ərin Əmru ibni Cəmuh da onlardan biridir".

Həzrət Peyğəmbərin (s) göstərişi ilə onların üçünü də Ühüddə basdırırlar. Sonra Peyğəmbər (s) buyurur: "Bu üç nəfər o biri dünyada bir yerdə olacaqlar". Əmrunun arvadı deyir: Ya Rəsullah! Allahdan istə ki, mən də onların yanına gedim".

Milli.Az


Etiketlər:  Qəbul olmuş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ