Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2019 02:04
"Bavariya" futbolçusu Renatu Sanşeşi "Lill"ə satıb.
Qol.az-ın Fransa klubunun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
"L’Équipe" nəşri bu transferdən "Bavariya"nın 20 milyon avro qazanacağını yazıb.
Qeyd edək ki, R.Sanşes ötən mövsüm Bundesliqada 17 matçda oynayıb, 1 qol vurub, 1 qolun ötürməsini verib.