Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 10:42
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.
Bu barədə Sonxeber.net-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 13 600 manat məbləğində ziyan dəydiyi məlum olub.
"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib".