Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 16:06
Almaniyada itkin düşən azərbaycanlı həkim tapılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə lent.az-a onun bacısı Aysel Şıxəliyeva məlumat verib.
O bildirib ki, qardaşı Toğrul Cəfərli Macarıstanda tapılıb: "Toğrul Macarıstanın paytaxtı Budapeştdə idi. Oktyabrın 27-də Budapeştdən Almaniyanın Frankfurt şəhərinə getməli idi. Lakin xəbər aldıq ki, Budapeştdən təyyarə ilə yola düşməyib. Daha dəqiq məlumatı qardaşım gələndən sonra öyrənəcəyik".
Qeyd edək ki, Almaniyanın Bavariya vilayətinin Lohr-am-main şəhərində psixologiya xəstəxanalarının birində çalışan azərbaycanlı həkim Toğrul Cəfərlidən bir neçə gün idi ki, xəbər yox idi. Onun axtarışlarına yerli polis əməkdaşları cəlb olunmuş və səfirlik də işə qarışmışdı.